Ermənistan qısa zamanda öhdəliklərini yerinə yetirməlidir — AÇIQLAMA

GÜNDƏM 11 avqust 2025, 10:37
"Ermənistan ABŞ-də Azərbaycanın bütün şərtləri ilə bağlı rəsmi razılıb verib. Azərbaycanın sülh sazişinin imzalanması üçün şərti Ermənistan konstitusiyasında ərazi iddiaları ilə bağlı dəyişiklik edilməsidir və Ermənistan bununla bağlı üzərinə öhdəlik götürüb".

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. 



O bildirib ki, əvvəlki dövrlərdə onlar Fransa və Bayden adminstrasiyanın dəstəyi ilə sülh danışıqları prosesini uzatmağa çalışır və beləliklə gələcəkdə Ermənistan lehinə geosiyasi zəminin formalaşacağına ümid edir, işğalçılıq niyyətlərini saxlayırdılar:

"Azərbaycan liderinin apardığı siyasət Ermənistanın bütün kartlarını əlindən aldı. Eyni zamanda Azərbaycanın Tramp höküməti ilə münasibətlərini yüksək səviyyəyə çatdırması, Ermənistanın Fransadan dəstəyinin kəsilməsi və Bayden adminstrasiyası ilə əməkdaşlığının iflasa uğraması Ermənistanı çarəsiz duruma saldı".

Əli Zülfüqaroğlu qeyd edib ki, Ermənistan üzərinə düşən öhdəlikləri həyata keçirməyə çalışmasa, bu, ABŞ və Donald Trampa qarşı hörmətsizlik olacaq:

" Azərbaycanın şərtlərinin ABŞ tərəfindən də qəbul edilməsi, bu ölkənin vasitəçi olması o deməkdir ki, Ermənistan bundan sonra üzərinə götürdüyü öhdəliklərlə bağlı hər hansı manipulyativ cəhdlər etsə, bu, Ermənistan üçün daha ciddi problemlər doğura bilər. Ermənistan rəhbərliyi də bunu çox yaxşı başa düşür. Hesab edirəm ki, Ermənistan üzərinə düşən öhdəyilin tez bir zamanda həyata keçirilməsinə nail olmalıdır".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 12:20
Top