Paşinyan və Pezeşkian dəhliz məsələsini müzakirə etdi

DÜNYA 11 avqust 2025, 13:07
Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Demokrat.az xəbər verir ki, baş nazir 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən danışıqların nəticələrini İran prezidentinə təqdim edərək, Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün region üçün geniş imkanlar açdığını vurğulayıb.

Paşinyan bildirib ki, regional kommunikasiya kanalları ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək.

Ermənistan rəhbəri Vaşinqton razılaşmalarını obyektiv qiymətləndirməsinə görə İran prezidentinə təşəkkür edib və onun ölkəsinə gözlənilən səfərinin əhəmiyyətini vurğulayıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 15:43
11 avqust 2025, 14:40
Top