Türkiyədəki zəlzələdə 1 nəfər ölüb

DÜNYA 11 avqust 2025, 08:59
Dünən Türkiyənin Balıkesir vilayətində baş verən güclü zəlzələ nəticəsində bir nəfər ölüb.

Demokrat.az  “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. 

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan 81 yaşlı bir kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bununla yanaşı, zəlzələ zamanı daha 29 nəfər xəsarət alıb. Hazırda 4 yaralının müalicəsi davam etdirilir.

Xatırladaq ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 15:43
11 avqust 2025, 14:40
Top