“Avqustun 11-19-da keçiriləcək ixtisas seçimi prosesi abituriyentlərin gələcək peşə və həyat yolunu müəyyən edən ən mühüm mərhələlərdən biridir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elvin Quliyev deyib.
Onun sözlərinə görə, bu müddətdə abituriyentlər bir sıra məqamlara xüsusi diqqət yetirməlidirlər:
“İlk növbədə, abituriyentlər topladıqları bala uyğun real seçim etməlidirlər. Yalnız yüksək bal tələb edən ixtisaslara üstünlük vermək qəbul şansını azalda bilər. Eyni zamanda seçimlər şəxsi maraq və bacarıqlara əsaslanmalıdır. Dəbdə olan və ya başqalarının tövsiyə etdiyi ixtisaslara yönəlməkdən çəkinməlidirlər. Universitetlərin tədris keyfiyyəti, reytinqi, müəllim heyəti və maddi-texniki bazası haqqında öncədən araşdırma aparmaq vacibdir. Ödənişli ixtisaslarda isə illik təhsil haqqının ailə büdcəsinə uyğunluğu nəzərə alınmalıdır. Digər mühüm məqam gələcək əmək bazarıdır. Seçim etməzdən əvvəl həmin ixtisas üzrə ölkədə və beynəlxalq səviyyədə kadr tələbatı araşdırılmalıdır”.
Leyla Turan
Demokrat.az