“Bütün uğurların təməlində cənab Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, həmçinin diplomatiya sahəsində əldə edilən nailiyyətlər dayanır. İqtisadi islahatlar, beynəlxalq danışıqlar, Qoşulmama Hərəkatına sədrliyimiz, COP29-un Azərbaycanda təşkili və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi ölkəmizin haqq səsini dünyaya çatdırıb".
Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, minalardan təmizləmə və infrastruktur layihələri Azərbaycanın əsas prioritetlərinin suverenlik və xalqın rifahı olduğunu sübut etdi:
"Ermənistan isə anladı ki, Azərbaycanla hərbi və siyasi müstəvidə qarşıdurma mümkün deyil. Müasir silah istehsalı, idxaldan ixraca keçid və hərbi-texnoloji nailiyyətlər regionda mövqelərimizi daha da möhkəmləndirdi".
Onun sözlərinə görə, Azərbaycan ABŞ, Çin, Türkiyə, Pakistan və digər dövlətlərlə strateji tərəfdaşlıq quraraq regionun aparıcı gücünə çevrilib:
"Türk Dövlətləri Təşkilatında mövqelərimizin güclənməsi, vasitəçilik missiyaları və balanslı siyasət ölkəmizə beynəlxalq nüfuz qazandırıb.
Bütün bu nailiyyətlərin mərkəzində Ali Baş Komandanın qətiyyəti, xalqa inamı və müstəqil siyasəti dayanır. Bu kurs gələcəkdə də davam etdiriləcəkdir".
Əfsanə Kamal
Demokrat.az