AYB Prezident İlham Əliyevə məktub göndərdi

XARİCİ SİYASƏT 11 avqust 2025, 12:53
Azərbaycan Yazıçılar Birliyi (AYB) Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda ABŞ-nin paytaxtı Vaşinqtonda - Ağ Evdə imzalanmış taleyüklü sənədlərlə öz parlaq təsdiqini tapan misilsiz siyasi nailiyyət, möhtəşəm diplomatik qələbə münasibətilə dövlət başçısı təbrik olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın daha da güclənərək çiçəklənməkdədir:

"Eyni zamanda böyük liderlərə xas uzaqgörənliyiniz, uğurlu təşəbbüsləriniz nəticəsində ərsəyə gələn bu mühüm razılaşmalar regionumuzda dinc birgəyaşayışa və rifaha, ümumən dünyada sülh və inkişafa çox vacib töhfədir".

Məktubda dövlət başçısına qətiyyətli və məqsədyönlü liderlik fəaliyyətində uğurlar arzulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 14:40
Top