Ukrayna Rusiyanın neft zavodunu vurdu

DÜNYA 10 avqust 2025, 16:27
Avqustun 10-na keçən gecə Ukraynanın Müdafiə Qüvvələri Rusiyanın Saratov Neft Emalı Zavoduna hücum edib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, pilotsuz təyyarənin müəssisənin ərazisinə düşməsi nəticəsində partlayışlar və yanğın qeydə alınıb. Baş Qərargah qeyd edib ki, Saratov Neft Emalı Zavodu Rusiya Federasiyasının yanacaq infrastrukturunun əsas obyektlərindən biridir.

Zavodun illik emal gücü 7 milyon tona qədər neft təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 avqust 2025, 21:06
10 avqust 2025, 17:46
Top