
Roma Papası XIV Leo Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaya münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Papa Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsini başa vurarkən danışıb:
“Hər iki ölkəni birgə sülh razılaşması imzaladıqlarına görə təbrik edirəm. Ümid edirəm ki, bu hadisə Cənubi Qafqazda dayanıqlı və daimi sülhə kömək edəcək”.