Andrey Yermak: "Cəbhə xətti sərhəd ola bilməz"

DÜNYA 10 avqust 2025, 14:53
"Ukrayna və Qərb tərəfdaşlarının atəşkəs şərtləri üzrə mövqeyi ondan ibarətdir ki, bu lazımdır, lakin cəbhə xətti sərhəd ola bilməz".

Demokrat.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, Ukraynanın suverenliyinə də hörmət etmək lazımdır, çünki uzunmüddətli sülh yalnız onun bu danışıqlarda iştirakı ilə mümkündür.

Yermak təhlükəsizlik üzrə avropalı müşavirlər, Böyük Britaniyanın xarici işlər naziri və ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə bir sıra mühüm görüşlər keçirdiyini söyləyib.

Onun sözlərinə görə, tərəfdaşlar Ukraynanı təkcə sözdə dəstəkləmir, təcavüz dayanana qədər hərbi, maliyyə və sanksiya müstəvisində yardım davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 avqust 2025, 17:46
Top