Kamçatkada növbəti güclü ZƏLZƏLƏ

DÜNYA 10 avqust 2025, 13:12
Kamçatkada 6,0 maqnitudalı zəlzələ baş verib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların ocağı 33 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 215 km aralıda baş verib.

Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində güclü zəlzələ baş vermişdi. Bu, 1952-ci ildən bəri regionda ən güclü zəlzələ idi. Onun maqnitudası 8,8-ə çatmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top