Minlərlə israilli Qəzzanın işğalına qarşı aksiyaya qoşulub

DÜNYA 10 avqust 2025, 08:53
İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağına nəzarəti bərqərar etmək qərarı fonunda minlərlə insan Təl-Əviv və İsrailin digər şəhərlərində etiraz aksiyası keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

"İsrail Qəzzanı ələ keçirmək üçün planlaşdırdığı missiyaya başlamazdan əvvəl minlərlə etirazçı şənbə gecəsi Təl-Əvivdə və bütün İsrail şəhərlərində toplaşaraq, girovlarla bağlı razılaşma və atəşkəsə çağırıb. Girovların ailələri, yaxınları üçün ölüm hökmü anlamına gələcəyini xəbərdar etdikləri plana qarşı ümumi tətilə çağırıblar.", - məlumatda deyilir.

Qəzetin yazdığına görə, bu, İsraildə son ayların ən böyük etiraz aksiyasıdır.

Təl-Əvivdə azı on min insan toplaşıb. Qəzet bildirir ki, etirazlar ölkənin onlarla başqa şəhərində də keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top