Bakının Binəqədi rayonunda 1985-ci il təvəllüdlü Ağcabədi rayon sakini Əlvan Şirvanovun cinayət işinə baxılıb.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozunda yerləşən “İmam Həsən” məscidinin yaxınlığında baş verib.
Hüseyn Həsənovun (ad-soyadlar şərtidir – red.) təqsirləndirilən şəxsə anasının Binə sovxoz “İmam Həsən” məscidi küçəsində yerləşən fərdi yaşayış evinin əşyalarının satmasını və həmin evə nəzarət edilməsinin ona da tapşırılmasını bəhanə gətirib.
O, heç bir əsaslı səbəb olmadan şəxsi münasibətlərinin pozulması zəminində əvvəllər də xəbərdarlıq etməklə cəzalandırmaq üçün görüşə çağırdığı zərərçəkmiş şəxs ilə həmin küçədə mübahisə yaradıb, digər şəxslərin gözü qarşısında xuliqanlıq niyyəti ilə onu söyüb.
O, zərərçəkmiş şəxsin köynəyinin yaxasından tutaraq özünə tərəf çəkib və bir dəfə yumruq ilə gözündən, bir dəfə yumruq ilə sifət nahiyyəsindən qəflətən ani olaraq zərbə vurub.
Hadisəni törədən təqsirli bilinən şəxsin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun qohumudur, onların arasında münasibətlər yaxşı olub:
“Hüseyn ailə üzvləri ilə birlikdə RusiyaFederasiyasında yaşayırdı. Lakin hadisədən təxminən 2 il əvvəl oradan deportasiya olundu. Bundan sonra anası ona yaşaması üçün Binə qəsəbəsində bizimlə qonşuluqda fərdi ev aldı və həmin evin açarlarının bir nüsxəsini də mənə verdi, Hüseynə nəzarət etməyimi xahiş etdi.
Mən də anasının sifarişi ilə mütəmadi olaraq onun yaşadığı evə gedirdim. Hər dəfə getdiyimdə evin əşyalarının yerində olmamasını aşkar etmişəm. Bu barədə öz anama məlumat verdim və bu gedişlə Hüseyni tənbəh etmək üçün cəzalandıracağımı dedim. Həmçinin Hüseyni əməlləri ilə bağlı onun anasına da məlumat verdim və anamın ağlaması dərd çəkməsinə görə tam olaraq qərar verdim ki, onu cəzalandıracam”.
Məhkum qeyd edib ki, hadisə günü atası və dostu ilə birlikdə yaşadığı evə gedərkən məscidin yanında yerləşən dükanın yaxınlığında maşını saxlayıb:
“Atam mağazaya alış veriş üçün getdi. Bu vaxt mən və dostum maşında qalmdıq. Həmin vaxt Hüseynin qarşıdan gəldiyini gördüm. Onunla söhbət etmək üçün maşından düşüb ona yaxınlaşdım. Hüseynə etdiyim əməldən utanmalı olduğunu və bir daha belə əməllər etdiyi halda onu yenidən cəzalandıracağımı dedim, onun sifətindən bir dəfə şillə ilə vurdum. Bu vaxt Hüseynin yenidən yaxasından tutdum və onu vurmaq istədim. Bu zaman dostum maşından düşərək tez yanımıza çatdı və atam da həmin vaxt mağazadan çıxdığı üçün qaçaraq yanımıza gələrək bizi ayırdılar. Mən ona başqa zərbə vurmamışam, heç bir xəsarət yetirməmişəm”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs böyrək çatışmazlığından və beyin ödəmi səbəbindən vəfat edib.
Məhkəmənin hökmü ilə Ə. Şirvanov Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib.
Cinayət işini icraatına Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, onun ölümü səbəbindən xitam verilib.
Fariz Məlikli
Demokrat.az