"Blogerlərin reklam qiymətlərinin bu qədər yüksək olması çox şişirdilmiş qiymətlərdir. Onlardan reklam qiymətlərini soruşduqda, ilk olaraq yüksək qiymətlər deyilir, amma nəticədə söyləniləndən iki, üç dəfə aşağı qiymətə reklam edirlər".
Bunu Demokrat.az-a açıqlamasında sosial media eksperti Hacıbəy Heydərli deyib.
"Bir paylaşımın 3500 manat olması, Azərbaycandakı real reklam bazarı ilə üst- üstə düşmür. Çünki istər televiziyalarda, istər media subyektlərində, xəbər saytlarında bundan daha aşağı qiymətə bir aylıq reklam etmək mümkündür".
Ekspert bildirib ki, şirkətlər bu məsələdə çox diqqətli olmalıdılar:

"Aldanıb bu qədər pulu həmin blogerlərə vermək heç də həmin məhsulun daha geniş kütləyə çatmasına yardımçı olacaq amil deyil. Blogerlərin belə şişirdilmiş reklamlar etməsi Azərbaycandakı reklam bazarında süni şəkildə qiymət artırılmasına gətirib çıxardır".
Əfsanə Kamal
Demokrat.az