“Yetkinlik yaşına çatmayan qız, yeniyetmədir. Qanunlarımız onun evlənməsini qadağan edir və bu, uşaq istismarı sayılır. Bu məsələdə hüquq-mühafizə orqanları öz üzərinə düşən işi görür. Amma başqa bir məsələ də odur ki, ictimai qınaq məsələsi yetəri qədər deyil”.
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O qeyd edib ki, belə vəziyyətlərdə ictimai qınaq çox böyük rol oynayır:
“39 yaşlı kişinin özündən 24 yaş kiçik qızla ailə qurması o deməkdir ki, hər iki şəxsin valideynləri, yaxın ətraf, qonşular, qohumlar məsuliyyət daşıyır. Çünki söhbət azyaşlının istismarından hüquqlarının pozulmasından gedir. Belə olan halda bu məsələdə kimin xəbəri varsa gərəkli aidiyyəti orqanları məlumatlandırmayıbsa, bundan bağlı o da məsuliyyət daşıyır. Bu, təkcə rayonların problemi deyil. Bakının kəndlərində də belə hallar çoxdur. Ümumilikdə, ölkədə azyaşlıların evləndirilməsi məsələsi valideynlərin daha çox marağındadır. Yetkinlik yaşına çatmamış birinin evləndirilməsi insan hüquqlarına ziddir. Bu, onun təhsil hüququnun məhdudlaşdırılması, bədəninin və həyatının istismarı deməkdir. Qanuna əsasən, qız hamilə olarsa, evlənməyə istisna hallarda icazə verilir. Amma bu, artıq bəzi ailələr tərəfindən məqsədli şəkildə planlaşdırılır”.
Sosioloq diqqətə çatdırıb ki, əvvəllər 17 yaşda qızların evlənməsi üçün xüsusi hallar nəzərə alınaraq icazə verilirdi:
“Lakin zamanla insanlar bu hallardan da sui-istifadə etməyə başladılar. Əslində, valideyn olmaq istəyən biri öz övladına bu qədər zərər verəcək addımı atmamalıdır. 15 yaşlı bir qızın ailə qurması sadəcə erkən evlilik deyil. Belə hallarda yalnız ailə deyil, dövlət və cəmiyyət də məsuliyyət daşıyır. Ən acınacaqlısı odur ki, insanlar qanunlara bu qədər laqeyd yanaşır. Bunun səbəblərindən biri də yerlərdə bəzi halların rüşvətlə həll olunmasıdır. Yəni, dövlətin müəyyən etdiyi qanunlara bəzi hallarda elə dövlət məmurları özləri zidd hərəkət edirlər. 300-500 manat qarşılığında göz yumulur. Bu isə digərlərinə cəsarət verir”.
Leyla Turan
Demokrat.az