ABŞ-də sazişin çərçivə sənədi imzalana bilər — AÇIQLAMA

GÜNDƏM 05 avqust 2025, 18:43
“Sülh müqaviləsinin imzalanması üçün bazanın formalaşmasına görə bəzi işlər görülməlidir. Əgər Ermənistan tərəfi atmalı olduğu addımları atsa, Azərbaycanla konstruktiv nəticə əldə edə bilsə, məncə bir problem olmayacaq”. 

Bunu Demokrat.az-a danışan “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov deyib. O bildirib ki, Ermənistanın son dövrlərdə verdiyi açıqlamalar bir az qeyri-müəyyəndir:

“Gah deyirlər razılaşma olub, gah deyirlər yoxdur. Ona görə tam səmimiyyəti görə bilmirik. Amma hər halda ABŞ-yə qədər gedirlərsə, sülh müqaviləsinin imzalanması ehtimalı yüksəkdir. Gözlənti də var ki, olacaq. Yəqin ki, nəzəri olaraq razılaşdırılıb. ABŞ təminatçı ola bilər ki, Ermənistan konstitusiyada dəyişiklik edəcək, bunları edəcək və s. Ən azından sazişin çərçivə sənədi imzalana bilər”.

Xatırladaq ki, “Middle East Eye” nəşrinin dərc etdiyi məqalədə Azərbaycan və Ermənistan liderlərinin ABŞ-də sülh sazişini imzalayacaqları yayımlanıb. 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top