Azərbaycana görə işini itirən Qusmana VƏZİFƏ VERİLDİ

GÜNDƏM 04 avqust 2025, 19:25
Leninqrad vilayətinin qubernatoru Aleksandr Beqlov TASS İnformasiya Agentliyinin sabiq baş redaktor müavini Mixail Qusmanı mətbuat katibi vəzifəsinə təyin edib.

"Life Journal" xəbər verir ki bu barədə məlumat Rusiya mediasında yayılıb.

Bildirilir ki, Rusiya ilə münaqişədə Azərbaycana açıq dəstək verdiyinə görə "TASS-dan qovulan bakılı Mixail Qusmanı digər bakılı, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun mətbuat katibi vəzifəsinə götürüblər".

Xatırladaq ki, Mixail Solomonoviç Qusman 1950-ci il yanvarın 23-də Bakı şəhərində dünyaya gəlib. Uzun müddətdir Moskvada yaşayıb fəaliyyət göstərsə də, hər zaman özünü bakılı kimi tanıdıb və bu faktı verdiyi bütün müsahibələrdə böyük fəxrlə dilə gətirib. O, Rusiya və Azərbaycan arasında mədəni əlaqələri möhkəmləndirən nadir tanınmış şəxslərdən biridir.(savashmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 avqust 2025, 22:42
04 avqust 2025, 22:27
Top