“Dünya təcrübəsində milli atributların – bayraq, valyuta, gerb və digər simvolların suvenirlər, hədiyyəlik əşyalar və gündəlik istifadə vasitələri üzərində əks olunması geniş yayılmışdır. Bu, bir növ milli kimliyin və mədəniyyətin tanıdılması, təbliği baxımından müsbət tendensiyadır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Amerika və digər Qərb ölkələrinin filmlərində, suvenir mağazalarında bayraqlı köynəklər, çantalar, hətta ev əşyaları ilə tez-tez rastlaşmaq mümkündür:
“Bu məhsullar zövqlü və etik tərzdə hazırlandıqda cəmiyyət tərəfindən normal qarşılanır, hətta qürur mənbəyi kimi qəbul olunur. Lakin bu cür istifadədə diqqətə alınmalı əsas məqamlar var. Milli simvollar yalnız hörmət çərçivəsində təqdim edilməlidir. Bayraq, pul və gerb kimi atributlar əsla ayaq altına atılmamalı, təhqiramiz kontekstdə və ya aşağılayıcı formada istifadə olunmamalıdır. Onların üzərində oturmaq, ayaq basmaq və ya gigiyenik vasitə kimi təqdim etmək yolverilməzdir. Əgər bu atributlar çanta və ya digər aksessuar üzərində estetik şəkildə, təmassız formada əks olunursa, bu, həm milli qürurun ifadəsi, həm də turizm və ictimai diplomatiya üçün effektiv vasitə ola bilər. Milli simvollar bizim dəyərlərimizdir və onların düzgün formada təbliği hər bir vətəndaşın və istehsalçının mədəni və hüquqi məsuliyyətidir”.
Leyla Turan
Demokrat.az