Hamiləlikdə alınan travma pedofiliyaya yol aça bilərmi? — Ginekoloqdan cavab

GÜNDƏM 04 avqust 2025, 19:05
Sabirabad rayonunun Qaratəpə kənd sakini, 1961-ci il təvəllüdlü M.Hüseynovun azyaşlıya qarşı əxlaqsız hərəkətər edən videogörüntüsü yayılıb. Bu kimi pedofillər cəmiyyət və insanlıq üçün bəladır. Pedofiliyanın sonradan yaranan deyil, anadangəlmə olduğu haqqında bir çox araşdırmalar mövcuddur.  Bunu əsasən hamiləlik dövründə dölün beyin hissəsində aldığı zədə nəticəsində meydana gələ biləcəyi ilə əsaslandırırlar. 

Bu, nə dərəcə realdır? Belə bir hal mümkündürmü?

Məsələ ilə bağlı Demokrat.az-ın sualını cavablandıran mama-ginekoloq Təranə Həsənova bildirib ki, bu son illərin araşdırmasıdır:

“Xüsusilə də dölün başının ciddi zədələnməsi ehtimalı çox aşağıdır, çünki uşaqlıqda və doğuş zamanı dölün başı çox yaxşı qorunur. Pedofiliya sadəcə ruhi xəstəlik deyil, həm də beynin funksional pozuntusu kimi qiymətləndirilir. Həmin pozuntunun nədən qaynaqlandığı hələ də elmi şəkildə tam izah olunmayıb. Araşdırmalar bu məsələni müxtəlif aspektlərdən izah etməyə çalışsa da, qəti səbəb-nəticə əlaqəsi müəyyən edilməyib. Mən də bu istiqamətdə araşdırma apararkən, bəzi fərziyyələrə rast gəldim və təhlil etməyə çalışdım. Lakin döl dövründə alınan baş travmalarının gələcəkdə belə ağır psixoloji pozuntulara səbəb olması real və sübut olunmuş mexanizm kimi qəbul edilmir. Cəmiyyətimizdə hamilə qadının döyülməsi rast gəlinə bilən haldır. Amma bir daha da qeyd edim ki, bu təxmini fərziyyələrdir, öz təsdiqini tapmayıb, dölün başı heç bir halda ciddi şəkildə zədə ala bilmir”. 

Həkim deyib ki, pedofiliya bir ruhi xəstəlik deyil, pozuntudur:

“Sadəcə ruhi xəstəlik yox, beyində bir pozuntu nəticəsində meydana çıxır. Tam şəkildə heç vaxt o izah olunmayıb ki, nəyə görə beyində bu pozuntu, nəyin təsiri altında meydana çıxır. Və sizin dediyiniz mənim də qarşıma çıxmışdı. Mən çox maraqla bunu oxudum ki, görəsən bununla onun arasında bir əlaqə apara bilərəmmi. Ancaq dölün başının zədələnməsi, bayaq dediyim kimi, elə travmalardan ola bilir. O da bir az çox da real görünmür”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 avqust 2025, 22:27
Top