“40 dərəcə istidə ölüm riski” — Həkim beyin qanamasına qarşı xəbərdarlıq etdi

GÜNDƏM 04 avqust 2025, 18:48
“Yüksək temperaturun insan sağlamlığına təsiri çox zaman yetərincə qiymətləndirilmir. Lakin isti hava şəraitində beyin qanaması kimi ağır hallar tamamilə mümkündür”. 

Bu barədə neyroloq Elçin Vəliyev Demokrat.az-a məlumat verib.

Həkimin sözlərinə görə, bədən uzun müddət istiyə məruz qaldıqda maye və elektrolit itkisi baş verir:

“Bu da qan təzyiqinin qeyri-sabitliyinə və damar divarlarında gərginliyə səbəb olur. Xüsusilə yüksək təzyiqdən əziyyət çəkən şəxslər üçün isti hava təhlükəlidir. Qan təzyiqinin qəfil yüksəlməsi beyin damarlarının partlamasına, beyin qanamasına gətirib çıxara bilər. İstivurma (istilik şoku) zamanı bədən temperaturu 40°C və daha yuxarı səviyyəyə çatır, bu isə beyin toxumalarının zədələnməsinə və hətta qanaxmaya səbəb ola bilər. Belə hallar çox vaxt xəstəxanaya çatdırılana qədər ölümə səbəb olur. Ən riskli qrup yaşlı insanlar və hipertoniya xəstələridir. Vətəndaşlara günün ən isti saatlarında açıq havada qalmaqdan çəkinməyi, müntəzəm olaraq su içməyi və bədənlərini sərin saxlamaları üçün tədbirlər görməyi tövsiyə edirəm”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 avqust 2025, 22:42
04 avqust 2025, 22:27
Top