“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqladığı rəqəmlər göstərir ki, 2025–2026-cı tədris ili üzrə birinci sinfə qəbulda oğlanların sayı qızlardan xeyli çoxdur. Bu demoqrafik balans fərqi sosioloji baxımdan bir sıra maraqlı nəticələrə yol aça bilər”.
Bunu Demokrat.az-a sosioloq Sevinc Qasımova bildirib.
O deyib ki, siniflərdə oğlanların say üstünlüyü tədris mühitinə təsir göstərə bilər:
“Oğlan uşaqlarının davranış baxımından daha aktiv və dinamik olmaları dərslərin idarə olunmasında müəllimlər üçün əlavə çətinlik yarada bilər. Bu, təlim prosesinin tempinə və sinifdaxili nizam-intizama təsirsiz ötüşməz. Bu fərq gələcəkdə sinifdaxili sosial münasibətlərdə də müəyyən disbalans yarada bilər. Qızların sayca azlığı onların sosial rollarının sinif mühitində daha passiv görünməsinə səbəb ola bilər. Digər tərəfdən, bu, qızların liderlik keyfiyyətlərini gücləndirmək üçün bir fürsət də yarada bilər, çünki azlıqda olmaq bəzən daha çox diqqət və məsuliyyət gətirir. Oğlanların çoxluğu idman və kollektiv fəaliyyətlərdə motivasiyaedici faktor ola bilər. Lakin eyni zamanda rəqabəti də artıracaq. Qızlar isə bu rəqabət fonunda daha yaradıcı və akademik sahələrdə üstünlüklərini nümayiş etdirə bilərlər. Bu fərq müəllimləri daha çox gender balansına diqqət yetirməyə vadar edəcək. Təhsil prosesində həm oğlan, həm də qızların sosial bacarıqlarının inkişafına yönəlmiş yeni metodların tətbiqini təşviq edə bilər. Oğlan və qızlar arasında müşahidə olunan say fərqi qısamüddətli dövrdə tədris və sinifdaxili dinamikaya təsir göstərəcək. Uzunmüddətli dövrdə isə sosial strukturda bəzi dəyişikliklərə yol aça bilər”.
Leyla Turan
Demokrat.az