AnewZ beynəlxalq xəbər və analitika kanalı “Tovarisch Director. Made in Russia, Believed Nowhere” adlı xüsusi layihə təqdim edib.
“Tovarisch Director. Made in Russia, Believed Nowhere” adlı sənədli filmində Rusiya təbliğat sistemi yalnız siyasi kontekstdə deyil, mədəniyyət, kino, ədəbiyyat və dil vasitəsilə necə sistematik bir ideoloji maşına çevrildiyini faktoloji və xronoloji ardıcıllıqla əks olunur. Film, 3-cü Reyxin təbliğat naziri Yozef Göbbelsin metodlarından başlayaraq çağdaş Rusiya mədəniyyət siyasətinə qədər uzanan dərin bir araşdırma təqdim edir.
Tarixdən bu günə – təbliğatın dəyişməyən mahiyyəti
Reportajın girişində alman nasist rejiminin ideoloqlarından biri olan Göbbelsin məşhur çağırışı eşidilir: “Rise up and let the storm break loose!” (Qalxın və qoy fırtına qopsun!) - bu üsul düşmən yaratmaq, tarixi yenidən yazmaq, tənqidçiləri “satqın” adlandırmaq, vətənpərvərlik pərdəsi altında yalanları gizlətmək metodlarının rıçaqı idi.
Nikita Mixalkov: sənətdən-ideologiyaya
Layihənin əsas simalarından biri, rus rejissoru və aktyoru Nikita Mixalkovdur. Ukraynalı jurnalist Dmitro Gordon onu belə təsvir edir: fikrimcə, böyük rejissor və aktyorluğa iddia edə bilər, amma sözün həqiqi mənasında yaramazdır. (“Выдающийся, на мой взгляд, режиссёр. Замечательный актёр. С другой стороны, мерзавец.”) Bu ambivalent münasibət Mixalkovun ikili simasını açır – bir tərəfdən sənətçi, digər tərəfdən Kremlin təbliğatçısı kimi.
Mixalkovun “Besogon” adlı verilişi vasitəsilə yaydığı tezislər, rusofobiyanın təkrarlanması, qonşu ölkələrin “xəyanətkar” adlandırılması, Ukrayna dilinin “təhlükəli ideologiya” kimi təqdim olunması kimi elementlərlə doludur. Bu, artıq sənət deyil, ideoloji silahdır.
Onun ailə tarixi də xüsusi diqqətə layiqdir. Atası Sergey Mixalkov sovet dövründə üç fərqli lider üçün dövlət himninin sözlərini dəyişib yazan şəxsdir. Digər ailə üzvləri müxtəlif siyasi sistemlərə tez uyğunlaşmaqla, şəxsi maraqları ön planda tutmuşlar. Bu nəsil tarix boyu hakimiyyətlə kompromis yolu ilə güc əldə etməyi bacarıb.
Sənədli layihədə təqdim olunan sitatlar bir daha sübut edir ki, təbliğatın texnologiyası dəyişsə də, metodologiyası dəyişməyib:
• Düşmən yaratmaq
• Tarixi yenidən yazmaq
• Öz zorakılığını “müdafiə” kimi təqdim etmək
• Tənqidçiləri “xarici agent” adlandırmaq
• Öz cinayətlərini başqalarının üzərinə atmaq
• Yalanı vətənpərvərliklə ört-basdır etmək
Bu üsullar, SSRİ-nin informasiya müharibəsindən tutmuş, bu gün Rusiya dövlət televiziyasında aparılan debatlara qədər eyni qaydada davam edir. Film həmçinin Krımın 1954-cü ildə Rusiyadan Ukraynaya verilməsinin rəsmi dərsliklərdə necə təqdim edildiyini, “Buça qətliamı” ilə bağlı dezinformasiyaların yayılmasını və qonşu ölkələrin, o cümlədən Azərbaycanın necə hədəf seçildiyini göstərir.
Mədəniyyətin silaha çevrildiyi zaman
Təhlilin ən mühüm tərəflərindən biri dilin və mədəniyyətin dövlət ideologiyasının əsas dayağına çevrilməsidir. Viktor Klempererin “Lingua Tertii Imperii” nəzəriyyəsi əsasında aparılan paralellər, təbliğatın semantik manipulyasiyasını sübut edir. Necə ki, Nasist Almaniyasında “fanatizm” müsbət mənaya büründü, bu gün də “müharibə” “xüsusi hərbi əməliyyat” kimi təqdim olunur, “tənqidçi” isə “xarici agent” kimi damğalanır.
Nəticə – təbliğat niyə təhlükəlidir?
“Tovarisch Director” layihəsi yalnız keçmişə işıq salmır, həm də gələcəyə xəbərdarlıq edir. Layihənin əsas mesajı budur: təbliğat təkcə yalan yaymır, o həm də zorakılığı əsaslandırır, cəmiyyətləri qütbləşdirir və insanlığı dehumanizasiya edir. Tarixdə baş verən dəhşətlər məhz bu proseslərin nəticəsi olub.
Sonda Rusiya Prezidenti Vladimir Putinin Mixalkovla videozəngdəki sözləri eşidilir: Sizin şərəfinizə, Nikita Sergeyeviç! Təbrik edirəm! (“Ваше здоровье, Никита Сергеевич… Поздравляю вас.”)
Bu layihə AnewZ kanalının beynəlxalq auditoriyaya yönəlik analitik və sənədli yanaşmasının növbəti sübutudur. Təkcə informasiyanı deyil, həm də onun arxasındakı mexanizmi anlamağa çalışan hər kəs üçün bu film vacib bir çağırışdır.