"İranın mövqeyi Zəngəzur dəhlizinin açılmasını mürəkkəbləşdirən faktorlardan biridir. Amma Zəngəzur dəhlizinin taleyi təkcə İrandan asılı deyil.
Azərbaycan və Ermənistan daha həlledici və əsas sözə sahib olduqları halda, İranın bu işdə mövqeyi həlledici deyil".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
"İndiyə qədər dəhlizin açılmamasında əsas rolu Ermənistanın mövqeyi oynayıb, müəyyən qədər də İran buna maneçilik törədib.Ermənistan getdikcə başa düşür ki, Zəngəzur dəhlizinin açılması onun həyati mənafelərinə uyğundur. Zəngəzur dəhlizi məsələsi elə bir nöqtəyə çata bilər ki, Ermənistan bu məsələdə İranı qurban verə bilər".
O bildirib ki, İran nə qədər müqavimət göstərsə də, Ermənistan dəhlizin açılması ilə əldə edə biləcək iqtisadi, siyasi və geosiyasi mənfəətlərə görə İranı qurban verə bilər:
"İran üçün daha yaxşı olar ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən spekulyasiyalar aparsın. Bu, İran üçün faydalıdır.Zaman keçdikcə İranın bu məsələdə mövqeyi görünməz ola bilər.Zəngəzur dəhlizi elə bir zaman gələcək ki, İranın mövqeyindən asılı olmadan açılacaq".
Əfsanə Kamal
Demokrat.az