“Qiymətlərin dövlət tənzimlənməsi əksər ölkələrdə mövcuddur. İstər kapitalist sistemli, bazar iqtisadiyyatı ilə idarə olunan ölkələrdə, istər idarələri fərqli dövlətlərdə bənzər qurumlar fərqli adlarla olsa da, fəaliyyət göstərirlər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. Deputatın sözlərinə görə, o ölkələrdə ki, həmkarlar təşkilatları güclüdür və qiymət tənzimlənmələri bilavasitə hökumət qurumları ilə həmkarlar təşkilatları arasındakı müqavilələrlə tənzimlənir, burada sanki tərəflər mövcuddur və istənilən qiymət, tarif siyasəti çox ciddi mübahisələr, müzakirələr, təhlillərdən keçərək gerçəkləşir. Haradakı konsensus tapılmır, orada ictimai aksiyalar, təzyiq alətləri, media kampaniyaları da işə salınır:
“Məsələnin digər önəmli tərəfi ondadır ki, dövlət bu və ya digər formada qiymət tənzimləmələri ilə həm istehlakçıların, həm də istehsalçıların maraqlarını qoruyur. Burada biz nəzərə almalıyıq ki, təbii monopoliyalar – əsasən enerji, qaz sferası – dövlətin tənzimləmələrinin və idarəçiliyinin daha çox təsiri altındadır. Dövlət bu prosesdə ağırlıqlı bir çəkiyə malikdir. Burada bir məsələni xüsusi vurğulayım ki, əlbəttə, sovet dövründə bütün qiymətlərin sərt tənzimlənməsi ilə müqayisədə bu gün bazar iqtisadiyyatı modeli özünün effektivliyini göstərir”.
Zahid Oruc qeyd edib ki, yanlış tariflər cəmiyyətin gözləntilərini, tələbatını, sosial durumunu tam əhatə etmirsə, o zaman ciddi problemlər yaranır:
“2003-cü ildə ‘Tənzimlənən qiymətlər haqqında’ qanunvericilik əsasında Tarif Şurası formalaşdırılıb. Şura 11 üzvdən ibarətdir, burada investisiya holdinqlərinin müşahidə şurası üzvləri də yer alırlar. Beləliklə, müxtəlif dövlət orqanları sanki bir-birinə nəzarətedici qaydada bu tarifləri müəyyən edirlər. Düzdür, biz əksər hallarda hansısa tariflərin qaldırılmasının şahidi olmuşuq. Amma nəzərə almalıyıq ki, məsələn, enerji tariflərindən danışırıqsa, bizim xaricdən idxal etdiyimiz müxtəlif texnologiyalar, avadanlıqlar, daşınma xərcləri və digərlərinin beynəlxalq bazarda qiyməti dəyişirsə, maya dəyəri dəyişmiş olur.
Neft-qaz, enerji sahəsində atılan addımlar vətəndaşlar tərəfindən narazılıqla qarşılanır ki, axı biz bunları ixrac edən ölkəyik? Bu doğru mövqedir, ancaq burada digər məqamlar da nəzərə alınmalıdır. Düşünmürəm ki, Tarif Şurasını ləğv etmək, onu başqa qurumla əvəzləmək çıxış yoludur. Əksinə, digər qurumların bu qərarlarda iştirakını təmin etmək faydalı olar”.
Cavidan Mirzəzadə
Demokrat.az