Abşeron rayonunda iki nəfərin dənizdə batması ilə bağlı axtarış tədbirləri başa çatıb.
Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyinin Mətrbuat xidmətindən bildirilib.
Məlumata görə, 27 iyul 2025-ci ildə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.
Dalğıc-xilasedicilər tərəfindən vətəndaşlar - 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.