Rəşad Nəsirova vəzifə verildi

GÜNDƏM 28 iyul 2025, 10:45
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ayında öz ərizəsi ilə işdən çıxan sözçüsü Rəşad Nəsirov yeni vəzifəyə təyinat alıb.

Demokrat.az  xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, Milli Məclisin deputatı Səttar Möhbalıyevin köməkçisi vəzifəsinə təyin olunub.

R.Nəsirov İqtisadiyyat.az-a açıqlamasında yeni vəzifə təyinatı xəbərini təsdiqləyib və artıq bir müddətdir fəaliyyətini deputat köməkçisi olaraq davam etdirdiyini söyləyib.

Qeyd edək ki, Əməkdar jurnalist R.Nəsirov 2023-2025-ci illərdə AHİK-in Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziyalarda çalışıb. O, 2015-2020-ci illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini vəzifəsində işləyib.

Xatırladaq ki, 2024-cü ildə AHİK-in yeni sədri iqtisadiyyat nazirinin sabiq müavini Sahib Məmmədov seçilib. Yeni sədr cari ilin yanvar ayından isə uzun illər İqtisadiyyat Nazirliyində çalışmış Abbas Əliyevi AHİK-ə aparat rəhbərinin müavini təyin edib və bir çox işləri ona həvalə edib. Bu ilin əvvəlindən AHİK-dən xeyli sayda işçi vəzifəsindən ayrılıb. Mətbuatda dərc olunan məlumatlara görə, hətta yeni sədrin özünün gətirdiyi rəhbər şəxslər belə vəzifələrindən ayrılmaq qərarına gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top