Damı uçan türməyə rəis təyin edilib

GÜNDƏM 28 iyul 2025, 12:34
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kadr dəyişiklikləri baş verib.

Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icrasına polkovnik-leytenant Cavid Səfərov başlayıb.

Hazırda o, müəssisənin rəhbəri kimi fəaliyyət göstərir.

Qeyd edək ki, mətbuatda bu ilin iyul ayında məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı bir nəfərin aldığı xəsarətdən dünyasını dəyişdiyi barədə məlumat yer almışdı. Haqqında söhbət açılan  cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin 7 aydır boş olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top