Bakının Nəsimi rayonunda 39 yaşlı kişi sevgi münasibətində olduğu qadına qarşı cinayət törədib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ruslan Cəmilov həmin gün saat 21 radələrində yaşadığı mənzildə Aynurə Əsədova (adlar şərtidir – red.) ilə aralarında mübahisə yaranıb.
Ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı R. Cəmilov qəsdən yumruqla vuraraq qadına xəsarət yetirib.
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2024-cü ilin iyul ayında tanış olublar: “Sonradan münasibətlərimiz ciddiləşdiyindən təqribən iki aya yaxındır ki, Aynurə və onun övladları ilə birlikdə kirayə mənzildə yaşamışıq. Hazırda Rus kilsəsinin yaxınlığında yeni tikilən binada fəhlə işləyirəm. Yaşadığımız evdə Aynurədən xəbərsiz yatağın altında 300 manat pul gizlətmişəm. Hadisə günü təqribən saat 21 radələrində gizlətdiyim pulu yatağın altında görmədim. Bu barədə Aynurədən soruşdum. O da xəbəri olmadığını dedi. Daha sonra aramızda mübahisə yarandı və mübahisə zamanı əsəbləşərək yumruqla onu vurdum. Onun sol göz nahiyəsinə xəsarət yetirdim. Həmin vaxt evdə Aynurənin azyaşlı övladları olublar. Mən törətdiyim əməldən peşmanam”.
İş üzrə zərərçəkmiş A. Əsədovanın sözlərinə görə, dörd övladı ilə birlikdə yaşayır: “2023-cü ildə ərimdən boşanmışam. 2024-cü ilin yay aylarında təqsirləndirilən şəxs ilə tanış olmuşam və iki aya yaxındır ki, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində birlikdə yaşayırıq. Ruslan məni qısqandığı üçün aramızda mütəmadi olaraq mübahisələrimiz olub. Sonuncu dəfə yaşadığımız evdə təqsirləndirilən şəxs guya mənzildə gizlətdiyi pulunu oğurlamasını dedi. Mənimlə mübahisə yaratdı və yumruqla sol göz nahiyəmə vuraraq xəsarət yetirdi. Hadisə zamanı evdə azyaşlı övladlarım olub”.
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə R. Cəmilov 1500 manat məbləğində cərimə olunub.
Fariz Məlikli
Demokrat.az