Türkiyə və Britaniya “Eurofighter” qırıcıları ilə bağlı memorandum imzalayıb

DÜNYA 23 iyul 2025, 12:14
Almaniya hökuməti Türkiyəyə 40 "Eurofighter Typhoon" qırıcı təyyarəsinin tədarükü ilə bağlı gələcək sazişi təsdiqləyib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə "Spiegel" jurnalı məlumat verib.

Məlumata görə, Ankara 2023-cü ilin mart ayından Berlindən tədarük üçün razılıq istəyir, çünki Almaniya şirkətlərinin "Eurofighter"in istehsalında iştirakı səbəbindən hökumət orqanlarının razılığı tələb edilir.

Keçmiş kansler Olaf Şoltsun kabineti razılıq verməsə də, Federal Təhlükəsizlik Şurasının qapalı iclasından sonra hazırki hakimiyyət müsbət qərar qəbul edib. "Spiegel" qeyd edir ki, keçən həftə kansler Fridrix Mertsin görüşdüyü Britaniyanın Baş naziri Kir Starmerin göstərdiyi təzyiq qərarın qəbulunda əsas rol oynayıb.

Berlin artıq Türkiyəni, o cümlədən Yunanıstan və Britaniya hökumətlərini qəbul etdiyi qərar barədə məlumatlandırıb. Sazişin şərtlərinə görə, Ankara qırıcılardan yalnız NATO missiyaları çərçivəsində istifadə edəcəyinə və alyansın digər üzvlərinə qarşı yönəltməyəcəyinə söz verib. "BAE Systems" ilə müqavilənin yekun parametrləri təsdiqlənmə mərhələsində qalır. Jurnal yazır ki, sifarişin dəyəri 4.75 milyard avro dəyərində qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
23 iyul 2025, 18:38
Top