“İran nüvə silahını əldə etməyi rədd edir…Trampla razıyam” — Pezeşkian

DÜNYA 23 iyul 2025, 13:12
“İran nüvə silahı əldə etmək niyyətində deyil. Amma beynəlxalq hüquq normalarına uyğun olaraq uranı zənginləşdirməyə davam edəcək”.

Demokrat.az bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

“Biz nüvə silahına malik olmaq imkanını tamamilə rədd edirik: Bu, bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir”, – deyə Pezeşkian xatırladıb. O vurğulayıb ki, İran beynəlxalq hüquq çərçivəsində gələcəkdə öz ərazisində uranı zənginləşdirməyə davam edəcək.

ABŞ prezidenti Donald Trampın İranın nüvə silahı əldə etməməsi ilə bağlı bəyanatlarını şərh edən Pezeşkian Tehranın bununla razı olduğunu qeyd edib.

“Nüvə proqramımızın məhv edildiyi iddiası illüziyadır, çünki bizim imkanlarımız qurğularda deyil, alimlərimizin şüurundadır”, – deyə İran prezidenti davam edib. Bu kontekstdə o vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı istənilən danışıqlar bütün tərəflərin maraqları nəzərə alınmaqla aparılmalıdır. “Tehrana qarşı təhdidlər qəbuledilməzdir”.

2025-ci ildə İsrailin İrana qarşı hərbi əməliyyatına başlaması və Amerika silahlı qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirməsi səbəbindən İran və ABŞ arasında nüvə danışıqları nəticəsiz başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
23 iyul 2025, 18:38
Top