Bu il ali məktəblərdə özəl əsaslı sifarişli yerlərin 90% dolacağı gözlənilir. Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin rəhbəri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, ənənəvi olaraq dövlət sifarişli plan yerləri 93-95% dolur.
DİM sədri həmçinin əlavə edib ki, subbakalavrların qəbul qaydalarında hər hansı dəyişiklik yoxdur. M.Abbaszadə qeyd edib ki, hər il olduğu kimi, bu il də I və III qruplara üstünlük verilir.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, builki ali təhsil müəssisələrinə qəbul prosesində ən çox müraciət olunan ixtisas qrupları arasında birinci ixtisas qrupu üstünlük təşkil edir:
“Ardınca isə arzuedilənlik baxımından üçüncü, ikinci, beşinci və dördüncü ixtisas qrupları gəlir. Bu il ümumilikdə 60 459 plan yeri ayrılıb. Onlardan təxminən 28 000-dən çoxu dövlət sifarişi əsasında təqdim olunub. Yəni yerlərin təxminən 50 faizi ödənişsiz, qalan 50 faizi isə ödənişli əsaslarla həyata keçirilir.
Eyni zamanda, dövlət sifarişi çərçivəsində şəhid ailələrinin üzvləri, hər iki valideynini itirmiş şəxslər və digər imtiyazlı kateqoriyalara daxil olanlar da ödənişsiz təhsil alma imkanı əldə edirlər.
Ödənişli yerlərin daha tez dolmasının səbəbi isə ondan ibarətdir ki, bir çox abituriyentlər dövlət sifarişi üzrə keçid balını toplaya bilmədikləri halda, məcbur olaraq ödənişli əsaslara üstünlük verirlər. Bu da həmin yerlərə olan tələbatı artırır və onların daha sürətli dolmasına səbəb olur. Bu ilki qəbul prosesində ödənişli əsaslarla təhsil alanların sayının dövlət sifarişi üzrə qəbul olunanlardan bir qədər çox olacağı ehtimal olunur. Bu da təhsil bazarında formalaşmış reallıqlardan qaynaqlanır”.
Leyla Turan
Demokrat.az