Rusiyanın Yekaterinburq vilayətində daha bir azərbaycanlı sahibkar saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Yekaterinburq İctimai Palatasının üzvü Dmitri Çukreev “Telegram” kanalında məlumat yayıb.
“Yekaterinburqda azərbaycanlı köklərə malik daha bir sahibkar – Elvin Şükürov saxlanılıb. O, Pervoğuralsk rayonu ərazisində saxta spirtli içkilərin istehsalı və qablaşdırılması ilə məşğul olan gizli sexin fəaliyyətində iştirak edib. Sverdlovsk vilayəti üzrə Rusiya DİN-in əməliyyat qrupları obyektin fəaliyyətinin qarşısını alıb”, - Çukreev bildirib.
Qeyd olunub ki, istintaqın təqdimatı əsasında sahibkar istintaq təcridxanasına göndərilib:
“O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin 6-cı hissəsinin “a” və “b” bəndlərinə əsasən – “öncədən əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə böyük miqdarda markalanmamış spirtli məhsulun satış məqsədilə istehsalı, saxlanması, daşınması və ya satışı” maddəsi ilə ittiham olunur”.