Azərbaycanın dövlət borcu açıqlanıb

İQTİSADİYYAT 22 iyul 2025, 14:21
Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,7 %-i qədər olub.

Demokrat.az  Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə cüzi azdır.

Dövlət borcunun 5 milyard 010,7 milyon ABŞ dolları və yaxud 8 milyard 518,2 milyon manatı xarici (ÜDM-in 6,6 %-i qədər), 17 milyard 177,4 milyon manatı isə daxili (ÜDM-in 13,1 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6 % az və 3,7 % çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top