Restorana gedənlər mütləq bunlara diqqət etməlidir — Ekspert

GÜNDƏM 22 iyul 2025, 18:09
Kürdəmir rayonunda yerləşən "Naftalan" ailəvi restoranında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində 24 nəfər xəstəxanaya yerləşdirilib. Qida təhlükəsizliyi ilə bağlı araşdırmalara start verilib, obyektin fəaliyyəti dayandırılıb.

Qida mühəndisi, ekspert Güldanə Qasımlı Demokrat.az-a açıqlama verib.

O bildirib ki, ailəvi restoran və istirahət mərkəzi seçərkən vətəndaşların diqqət etməli olduğu əsas məqamlar var:

“Obyektin Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlanıldığını təsdiq edən sertifikat və ya lisenziyalarının olub-olmadığına diqqət yetirmək lazımdır. Təmizlik və sanitar-gigiyenik normalara dair sənədlər və işçi heyətin tibbi arayışları vacibdir. Qida məhsullarının saxlanma şəraiti və personalın gigiyenik davranışına fikir vermək lazımdır.  Menyudakı məhsulların hazırlanma tarixi, saxlanma şərtləri barədə soruşmaq olar. Xüsusilə ət və süd məhsullarının təzə və təhlükəsiz olduğuna diqqət etmək lazımdır. Sosial şəbəkə və ya “Google Reviews” kimi platformalarda müəssisə haqqında rəylərə baxmaq faydalıdır. Eyni bölgədə bir neçə restoran arasında müqayisə aparmaq da təhlükəsizlik baxımından kömək edir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top