Sumqayıtda ağır avtobus qəzası: Xəsarət alanlar var (VİDEO)

HADİSƏ 22 iyul 2025, 09:03
Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Aqil Yaşar oğlu Əmirovun idarə etdiyi "Isuzu" markalı avtobus qəza törədib. Avtobus yolun ortasındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı avtobusda olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 2005-ci il təvəllüdlü Pünhan Ehsan oğlu Alıyev, 1995-ci il təvəllüdlü Qönçə Mehman qızı Mustafayeva və Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Xocaxan Zahid oğlu Cəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top