"Hazırda 2025-2026-cı tədris ilinin ilk ixtisas seçimi-texniki peşə və yüksək texniki peşə seçimi prosesi gedir. Həm 9-cu sinif, həm də 11-ci sinifdən məzun olan şagirdlər bu seçimləri dəyərləndirə bilərlər. Xüsusilə ali məktəbə və kollecə qəbul olmaq istəyən, lakin balı az olan abituriyentlər üçün peşə təhsili ən uyğun, ən optimal variant ola bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.
O bildirib ki, peşə ixtisas seçimi "portal.edu.az" saytı üzərindən aparılır:
"Çox pilləli sistem olan bu sayt bir çox hallarda abituriyentlər üçün çətinlik yaradır. Eləcə də peşə məktəblərinin sayının və ixtisaslarının çox olması da abituriyentləri çətinə salan məqamlardan biridir. Ona görə də yaxşı olardı ki, abituriyentlər onlara texniki seçimdə kömək edəcək mütəxəsisə müraciət etsin. Bu mütəxəsis-ekspertlər isə abituriyentin maraq və bacarıqlarına uyğun, yaşayış yerinə yaxın, əmək bazarında daha çox tələbat olan ixtisaslar seçməyə kömək etməlidirlər. Hazırda Peşə məktəblərinin perspektivi kolleclərdən daha çoxdur. Təssüf ki, Peşə Agentliyi hələ də bu sahəyə diqqəti tam cəlb edə bilməyib. Ona görə də bir çox abituriyentlərin peşə məktəbi və ixtisasları haqqında tam və dolğun məlumatları yoxdur".
Əfsanə Kamal
Demokrat.az