Türkmənistan Azərbaycan üzərindən qazını Avropaya satmağı planlaşdırır — Deputat

GÜNDƏM 18 iyul 2025, 13:28
“Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Bərdiməhəmmədovun ölkəmizə səfərə gəlməsi ölkələrimiz arası əməkdaşlıqda yeni bir səhifə açacağını hesab edirəm. Dövlət başçımızla görüşdə Xalq Məclisinin sədrinin səsləndirdiyi qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq fikirləri arxasında böyük fəlsəfə dayanır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, bu baxımdan Azərbaycan-Türkmənistan münasibətlərinin yeni bir səviyyəyə qalxacağını deyə bilərik.



“Ölkələrimiz arası əməkdaşlıq mövzularından biri də enerji sahəsində əməkdaşlığın genişləndirilməsidir. 2021-ci ildə Xəzər dənizində uzun illər mübahisə mövzusu olmuş “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılıq əldə olunmuşdu. Amma müəyyən səbəblərdən hələ də bu yataqda istehsal proseslərinə başlanılmamışdır.

Həm də Türkmənistan Azərbaycan üzərindən qazını Avropaya satmağı planlaşdırır. Bunun üçün Transxəzər qaz boru kəmərinin tikilməsi vacibdir. Azərbaycan bu kəmərin tikintisi üçün investisiya qoyacaq tərəflərin müəyyən olunmalı olduğunu bildirmişdi. İndi dövlət rəhbərlərinin görüşü zamanı müzakirə olunan mövzulardan birinin də bu məsələ olduğunu hesab edirəm. Transxəzər qaz kəməri tikiləcəyi təqdirdə Türkmənistanın qazını Avropaya ixrac etməsini daha rentabelli şəkildə həyata keçirməsinə imkan qazandıracaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top