Vəhdət Partiyası təşkilatlarının birgə toplantısı keçirildi — FOTOLAR

SİYASƏT 18 iyul 2025, 11:42
Bu gün Vəhdət Partiyasının qərargahında Abşeron, Sumqayıt və Bakı şəhər təşkilatlarının rəhbərləri və təşkilat komitələrinin üzvləri ilə geniş formatlı görüş keçirilib
 
Demokrat.az
xəbər verir ki, toplantını partiya sədri Adəm İsmayıl Bakuvi açaraq, ölkədə siyasi dialoqun gücləndirilməsi, vətəndaşla birbaşa təmasın artırılması və dövlətçilik məsuliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərin önəmini vurğulayıb.

Adəm İsmayıl Bakuvi Prezident Administrasiyasının Siyasi partiyalar və ganunvericilik hakimiyyəti ilə əlagələr söbəsinin təşəbbüsü ilə siyasi partiyaların növbəti səfəri  Ağdam səhərinə ilk dəfə yüksək sürətli qatarla təşkil olunmasini xüsusi qeyd edərək, bu hadisəni ölkə tarixində qarşılıqlı etimadın, milli birliyin və dövlət-xalq münasibətlərində yeni mərhələnin simvolu kimi dəyərləndirilib.

Səfər çərçivəsində Ağdam Sənaye Parkı, tikinti , yaşayiş obyektləri, Cümə Məscidi və Xıdırlı  kəndi , Muğam mərkəzi, kongres mərkəzi, İmarət kompleksi  və Hilton hotel tikintidə həyata keçirilən genişmiqyaslı işlərə baxış keçirilib, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qurulan yeni həyat nümunələri yerində qiymətləndirilib.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan bərpa və yenidənqurma prosesi sadəcə fiziki infrastrukturun deyil, eyni zamanda milli kimliyin və suveren iradənin təntənəsi kimi qiymətləndirildi. Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışı bu gün artıq real dövlət strategiyası, quruculuq və əzmli fəaliyyətlə müşayiət olunan tarixi qələbəyə çevrilib.

Qeyd olundu ki, bu gün Ağdamda yeni sənaye məkanlarının yaradılması, məktəb və yaşayış infrastrukturunun qurulması, o cümlədən Qırğızıstan Prezidentinin təşəbbüsü ilə tikilən məktəbin açılışında cənab İlham Əliyevlə birgə iştirakı, Azərbaycan diplomatiyasının və türk dövlətləri birliyinin parlaq təcəssümüdür.Prezident İlham Əliyevin milli iradəyə söykənən strateji baxışı və Qarabağın dirçəlişi uğrunda apardığı yorulmaz mübarizə, bu gün bütün siyasi partiyalara və vətəndaş cəmiyyətinə vətənə xidmətin ən ali nümunəsi kimi yol göstərir.”

Toplantı çərçivəsində Binəqədi, Nərimanov, Yasamal və Nəsimi rayon təşkilatlarının sədrləri hesabatlarla çıxış etdilər. Həmçinin Sumqayıt şəhər təşkilatının rəhbəri  şəhər üzrə fəaliyyət, üzvlük dinamikası və sosial aktivliklə bağlı ətraflı məlumat verdi.

Yekunda partiya sədri qarşıdakı mərhələdə rayon təşkilatlarının sıravi üzvlərlə görüşlər keçirməsini, yeni konfransların təşkil olunmasını və hər rayonda partiyanın fəaliyyət planlarının daha da konkretləşdirilməsini tapşırdı. Bu qərarlar partiyanın strukturunda və yerli təşkilatlarda yeni mərhələnin başlanğıcı kimi qəbul olundu.
Biz siyasi mövqelərdən öncə məsuliyyəti, təbliğatdan əvvəl isə faydalılığı əsas götürməliyik.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 iyul 2025, 14:06
Top