Ağdaşda 16 yaşlı qız kanalda batıb

HADİSƏ 17 iyul 2025, 10:50
Ağdaşda 16 yaşlı qız suda batıb.

Demokrat.az-ın məlumatına görə, hadisə iyulun 16-da baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu 16.07.2025-ci il tarixdə Yuxarı Şirvan suvarma kanalının Ağdaş rayonu Şəkili kəndindən keçən hissəsində çimərkən suda batıb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Hazırda D.Süleymanlının tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top