Qubada sərxoş oğul atasına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 15 iyul 2025, 16:21
Quba rayonunda ata və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.a
z-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 19-da Quba rayonunun kəndlərindən birində baş verib. 

Kənd sakini, 1991-ci il təvəllüdlü Əlvan Orucov həmin gün, gecə saat 00:20-də kənddə yerləşən yaşayış evində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı atası Faiqə (ad-soyad şərtidir – red.) qəsdən sifət və bədən nahiyəsindən yumruqla vurub. 

Hadisəni törədən Ə. Orucovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ə. Orucov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 19-da, saat 00:20-də sərxoş vəziyyətdə yaşadığı evə gəlib: “Atam sərxoş olduğumu görərək mübahisə etdi. Mübahisə zamanı atamın qolundan yumruqla, sifətinə isə şillə ilə vurdum”. 

İş üzrə zərərçəkmiş şəxsin sözlərinə görə, fevralın 19-da gecə saat 00:20-də oğlu Əlvan sərxoş vəziyyətdə evə gəlib və onu yuxudan oyadaraq mübahisə etməyə başlayıb. Onun sözlərinə görə, mübahisə zamanı təqsirləndirilən şəxs onun sağ qolundan yumruqla, sifətindən şillə ilə vurub. 
Zərərçəkən deyib ki, oğlu ilə mübahisə təxminən 5-10 dəqiqə davam edib. O, təqsirləndirilən şəxs ilə barışdığını da  söyləyib. 

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. 

Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top