"Yay fəsli ilə əlaqədar olaraq uşaqların açıq havada çox zaman keçirməsi onlarda travma riskini artırır. Velosiped, skuter sürən, oyun parklarında atlamaq üçün quraşdırılan oyunlar azyaşlıların böyük travma almasına səbəb ola bilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış pediatr Günay Rəsulova deyib.
O bildirib ki, nəticədə qol, ayaq sınıqları, kəllə, beyin travması riski artır:

"İstirahətə gedən zaman hovuz, dəniz olan yerlərdə uşaqların nəzarətsiz qalması suya düşərək boğulmalarına səbəb ola bilir. Azyaşlılar xüsusilə oyuncağı, topu ardınca gedərək suya yıxılırlar. Azyaşlılar travma yaradacaq oyuncaqlardan, su hövzəsi olan ərazilərdən uzaq tutukmalıdır".
Qeyd edək ki, bir neçə gün öncə Qəbələdə istirahət üçün ev kirayələyən ailənin 4 yaşlı qızı hovuza düşərək həyatını itirib.
Əfsanə Kamal
Demokrat.az