Bakıda keçmiş əri tərəfindən döyülən qadın onu bağışladı — MƏHKƏMƏ

HADİSƏ 14 iyul 2025, 11:20
Bakının Nizami rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətə səbəb olub. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Rəsul Rza küçəsində yerləşən mənzillərdən birində baş verib. 

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Səid Bağırov birgə yaşadıqları mənzildə keçmiş həyat yoldaşı Zərri ilə mübahisə edib. Onların aralarında yaşanan mübahisə sonradan davaya çevrilib. 

Bu zaman əsəblərinə hakim ola bilməyən kişi keçmiş arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Bundan sonra qadın döyülməsi barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında S. Bağırovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Fakt üzrə başlanan cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. 

Hakimin icraatında aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması məlum olub. 

O da qeyd olunub ki, zərərçəkmiş keçmiş ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Bu hal hakim tərəfindən hökm çıxarılan zaman nəzərə alınıb. 

Məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top