Məşhur “tiktoker” qaydanı pozub sürücüyə orta barmaq göstərdi — VİDEO

GÜNDƏM 14 iyul 2025, 14:21

Nəsimi rayonunda yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunan insident baş verib.

Hadisə barədə görüntüləri izləyicilərdən biri Avtosfer.az-ın sosial şəbəkə hesabına göndərərək şikayətini bildirib.

Belə ki, Bakının Üzeyir Hacıbəyov küçəsində qeydə alınan görüntülərdə 77-YJ-102 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobil düz xətt boyunca hərəkət edən zaman qəfil manevr edərək digər nəqliyyat vasitəsinə qəza şəraiti yaratdığı əks olunub. Bu zaman digər sürücü siqnal verərək təhlükəyə diqqət çəkib.

Hadisədən sonra məlum olub ki, qayda pozuntusuna yol verən avtomobili sosial şəbəkələrdə kifayət qədər tanınan "TikTok" fenomeni Nailə Nəcəfli idarə edib. O, digər sürücünün iradına qeyri-etik əl hərəkəti ilə cavab verib və tərəflər arasında mübahisə yaşanıb. Nailə Nəcəfli öz müdafiəsində bildirib ki, manevrdən öncə dönmə işığını yandırıb. Lakin qarşı tərəf düz xətt üzərində bu cür sürməyin yol hərəkəti qaydalarına zidd olduğunu qeyd edib.

 Qeyd edək ki, belə qayda pozuntuları inzibati məsuliyyətə səbəb olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyul 2025, 18:36
Top