Son illər ölkədə mənzil məsələsi bir çox vətəndaş üçün aktual problemə çevrilib. Bu kontekstdə insanlar, əsasən iki seçim arasında qalır: kirayə mənzildə yaşamaqla və ya ipoteka vasitəsilə ev sahibi olmaq. Hər iki variantın fərqli üstünlükləri və riskləri olduğu bildirilir. Mütəxəssislər bu məsələdə fərdi vəziyyətin və iqtisadi şərtlərin nəzərə alınmasını vacib sayırlar.
Bu barədə Demokrat.az-a açıqlamasında əmlak eksperti Vəfadar Axundov bildirib.
O deyib ki, son illərdə Bakı şəhərində daşınmaz əmlakın qiymətində ciddi artımlar müşahidə olunur:
“Tikinti materiallarının bahalaşması, inflyasiya və torpaq qiymətlərinin yüksəlməsi nəticəsində həm yeni tikililərdə, həm də köhnə binalarda əmlakın satış qiymətləri kəskin şəkildə artıb.
Qiymət artımı ilə paralel kreditlə satılan mənzillərin ilkin və aylıq ödənişləri də artır, bu da bir çox insan üçün əlçatanlığı çətinləşdirir. Rəsmi gəliri olmayan və ya gəlirlərini rəsmi şəkildə sənədləşdirə bilməyən şəxslər ipoteka almaqda çətinlik çəkir. Bu isə kənd təsərrüfatı, biznes və ya xaricdən gəlir əldə edən şəxsləri çətin vəziyyətdə qoyur. Bu cür satışlar əsasən yeni tikililərdə olur və onların da şərtləri hər kəs üçün uyğun olmur.
Mənzil ala bilməyən vətəndaşlar kirayəyə üstünlük verirlər. Kirayə ödənişləri daha əlverişli olduğundan bu model populyardır. İnsanlar uzunmüddətli perspektivdə əmlakı sərfəli investisiya kimi qiymətləndirirlər, çünki illər keçdikcə əmlakın dəyəri artır və gələcəkdə əlavə qazanc imkanı yaranır”.
Leyla Turan
Demokrat.az