Rusiyada Mi-8 helikopteri radarlardan itib — Axtarış başladı

DÜNYA 14 iyul 2025, 13:35
Rusiyada “Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk şəhərindən Maqadana uçan zaman yoxa çıxıb.

Demokrat.az  xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti bildirib.

Məlumata görə, təyin olunmuş vaxtda Oxotsk şəhərindən Maqadan şəhərinə uçuş zamanı “Vzlet” aviaşirkətinin Mi-8 helikopteri rabitəyə cavab verməyib.

İtkin düşən helikopterin axtarışı üçün Oxotskdan Mi-8 helikopteri, Maqadandan isə An-26 təyyarəsi havaya qalxıb.

İtmiş Mi-8 helikopterinin göyərtəsində üç ekipaj üzvü və iki texniki işçi var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top