“Taxta bazarı”nda yanğın — VİDEO/FOTOLAR

HADİSƏ 14 iyul 2025, 08:28

Bu gün Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan ərazidə yanğın baş verib.

Demokrat.az Fövqalədə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın tam söndürülüb.

 

 

 




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top