Qadın strimmerlərə dəstək olmaq üçün iki uşağını satıb — FOTOLAR

DÜNYA 14 iyul 2025, 14:28

Çində ana iki oğlunu 11 600 dollara (təxminən 19 720 manat - red.) satıb və pulu strimerlərə ianə və paltar almağa xərcləyib.

Oxu.Az-ın "South China Morning Post" (SCMP) qəzetinə istinadən verdiyi xəbərə görə, 26 yaşlı Huan keçmişdə övladlığa götürülübmüş və qayğısızlıq səbəbindən evini erkən tərk edib. Bundan əlavə, qızın yalnız ibtidai məktəb təhsili var.

O, 2020-ci ilin oktyabrında ilk oğlunu dünyaya gətirib və maddi problemlərə görə onu 6 300 dollara (təxminən 10 710 manat - red.) qadına satıb. Huan bütün pulu strimmerlərə hədiyyələrə və ianələrə xərcləyib.

Pulu bitəndən sonra bir daha uşaq satmaq üçün yenidən ana olmaq qərarına gəlib. 2022-ci ildə 5 300 dollara (təxminən 9 010 manat - red.) satdığı ikinci oğlunu dünyaya gətirib. Qadın aldığı pulu yenə ianə və geyimə xərcləyib.

Oğlan uşaqları yeni "sahibləri"ndən alınaraq qəyyumluğa verilib. Huan özü də fırıldaqçılıq və insan alverinə görə beş il iki ay həbs cəzasına məhkum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top