Mixail Qusman Heydər Əliyevin media ilə işindən danışdı

XARİCİ SİYASƏT 08 iyul 2025, 15:53
"Ümummilli lider Heydər Əliyev vəzifəyə başladığı ilk gündən mətbuata böyük önəm verirdi. O dövrdə Bakıda nüfuzlu nəşrlər çıxırdı - rusdilli "Bakinski raboçiy", Azərbaycan dilində "Kommunist" qəzeti, böyük populyarlıq qazanan axşam qəzeti "Bakı" və digər kütləvi informasiya vasitələri. Peşəkar jurnalistlər ulu öndərin təşəbbüsü ilə respublikada başlanmış genişmiqyaslı islahatları fəal şəkildə işıqlandırırdılar".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil olunan "Ümummilli lider Heydər Əliyevin medianın inkişafında rolu" adlı konfransda çıxışı zamanı bildirib.

O, ümummilli liderin mətbuatla işinə dair unikal xatirələrini bölüşüb:

"Heydər Əliyev KİV-in dövlət quruculuğundakı strateji rolunu dərindən anlayırdı. O istəyirdi ki, xalq hakimiyyəti və onun niyyətlərini başa düşsün. Hətta onun iştirak etdiyi fotolar kimi, əhəmiyyətsiz görünən detallara belə xüsusi diqqət yetirirdi - şəkilləri şəxsən özü seçirdi. Bu cür görünüşdə kiçik olan nüanslar onun cəmiyyətlə ünsiyyətdə hər bir detallara necə diqqətlə yanaşdığını göstərirdi".

Qusman, həmçinin Heydər Əliyevlə əməkdaşlığı ilə bağlı şəxsi təcrübəsindən də danışıb.

"Komsomol"da çalışarkən Heydər Əliyev üçün siyasi və digər mövzularda çox sayda material hazırlamışam. Mən öz gözlərimlə onun mətnlərlə işləməyə olan unikal yanaşmasını gördüm. Rus dili onun üçün ikinci dil olmasına baxmayaraq, o, fantastik dil duyumuna malik idi. Onun düzəlişləri və qeydləri həmişə müstəsna dəqiqliyi və nüansları dərindən anlaması ilə seçilirdi", - deyə Qusman vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top