Deputat: "Məktəbəqədər təhsili məcburi edə bilərik"

SOSİAL 07 iyul 2025, 13:23
"Dünyanın hər yerində məktəbəqədər təhsil sistemi mövcud deyil. Məsələn, qonşu Gürcüstanda elə bir təcrübə, sistem yoxdur. Azərbaycanda bir neçə ildir bu prosesə keçilib və kifayət qədər də effektivdir. Düşünürəm ki, müəyyən təkmilləşdirmələr də apararaq biz məktəbəqədər təhsil sistemini məcburi edə bilərik".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, bizim belə bir sistemə, tərbiyə işinin əvvəldən uğurla aparılmasına ehtiyacımız var:

"Bəziləri fikirlər irəli sürürlər ki, uşaqların yaşı azdır, yükü çox olur. Nəzərə almaq lazımdır ki, məktəbəqdər təhsilə cəlb edilməyən uşaqlar evdə qaldıqları təqdirdə heç bir şeylə məşğul olmurlar. O zaman bu məsələnin önəmini biz daha yaxşı anlamış oluruq. Məsələyə baxmaq olar və bu məsələni biz məcburi edə bilərik. Prosesin məcburi olması da önəmli üstünlük verə bilər. Ancaq yenidən tədris prosesinə, proqramlara bir də baxmaq, yükün ağırlığının olmaması şərti ilə bunu etmək lazımdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top