Deputat: “Azərbaycanın regionun iqtisadi və diplomatik mərkəzinə çevrilir”

GÜNDƏM 04 iyul 2025, 21:48
"İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə Görüşünün keçirilməsi təkcə regional, iqtisadi əməkdaşlıq baxımından deyil, həm də siyasi, diplomatik və simvolik cəhətdən çox böyük əhəmiyyət daşıyır".

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. 

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması və möhkəmləndirilməsi baxımından Xankəndidə beynəlxalq təşkilatın tədbirinin keçirilməsi, faktiki olaraq, Qarabağın Azərbaycan torpağı kimi qəbul edildiyini və beynəlxalq miqyasda tanındığını göstərir:

"Bu görüş Azərbaycanın bölgədə nəinki hərbi və inzibati nəzarəti bərpa etdiyini, həm də regionun iqtisadi və diplomatik mərkəzə çevrildiyini göstərir. 

Xankəndidə belə bir tədbirin təşkili bölgənin reinteqrasiyası və bərpası prosesində də mühüm rol oynayır. Zirvə görüşündə iştirak edən ölkələrin şirkətlərinin gələcəkdə bu ərazidə bərpa işlərində iştirakı da mümkün olacaq".


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 00:03
04 iyul 2025, 20:29
Top