Sertifikasiyadan nə üçün 40 yaşdan böyük müəllimlər keçə bilmir? — Ekspertdən AÇIQLAMA

SOSİAL 04 iyul 2025, 18:03
"Sertifikasiya imtahanında ortaya qoyduğumuz suallar daha çox yeni nəslin literaturasına, ədəbiyyatına, lüğətinə  uyğundur. Çünki hər il yeni terminlər, yeni anlayışlar ortaya çıxır. Bu yeni terminlər, anlayışlar yeni biliklər deməkdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib. 

O bildirib ki, belə bir mülahizə yürüdə bilərik ki, 40 yaşdan yuxarı müəllimlərdə yeni bilikləri öyrənməkdə çətinliklər yaranır:

"Bu çətinliklər özünü həm pedaqoji sahədə, həm də onun fənnində özünü göstərir. 
40 yaşında olan insanlar universiteti təxminən 20 il əvvəl oxuyublar. 

20 il əvvəl 2000-ci illərin əvvəllərinə düşür. Həmin illərdə təhsilin keyfiyyəti, ali təhsildə keyfiyyət məsələləri çox da aktual deyildi.  Həmin müəllimlərin çoxu öz fənnini öyrənmədən universiteti bitiriblər və ya aşağı ballarla universitetə qəbul olublar.
Aşağı balla universitetə qəbul olmaq, fənnini yaxşı öyrənmədən universitetdən məzun olmaq, pedaqoji anlayışları bilməmək, sinifin idarə olunması və ya kurikulum kimi məsələlərdən xəbərsiz olmaq 20 il sonra sertifikatlaşdırma imtahanından kəsilməyə gətirib çıxarır.

Çevik zəkalı, öyrənmə qabiliyyəti olan, öyrənməyə açıq olan müəllimlər bu problemlərin öhdəsindən gələ, yaş dezavantajını avantaja çevirə bilər".

Qeyd edək ki, müəllimlərin sertikasiya imtahanında keçə bilməyən pedaqoqların böyük əksəriyyətinin yaşı 40-dan çoxdur.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 00:03
04 iyul 2025, 20:29
Top